AZ

Klubların dünya reytinqi açıqlandı “Qarabağ” neçənci sıradadır?

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

"Qarabağ" klubu dünya reytinqində daha 17 pillə irəliləyib.

Məlumata görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.

"Sabah" 296-cı mövqedən 276-ya, "Zirə" 407-dən 387-yə, "Araz-Naxçıvan" 391-dən 390-a yüksəlib.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
31
azpolitika.info

10Mənbələr