AZ

Naxçıvanda yeni regional idarələr yaradılıb

ain.az, Reyting.az saytına istinadən bildirir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin strukturu dəyişib. Reyting.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müvafiq fərmanına əsasən MR Mədəniyyət Nazirliyi haqqında Əsasnamə və Nazirliyin strukturu təsdiq edilib.Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:1. Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi;2. Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi;3. Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında Culfa Regional Mədəniyyət İdarəsi.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Nazirlik) muxtar respublikada mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
23
reyting.az

10Mənbələr