AZ

“Qadınların ilk narkotik istifadəsinin 45 60 faizi intim münasibət içərisində baş verir”

ain.az bildirir, Adelet.az portalına istinadən.

“Qadınlar bir çox hallarda məcburiyyət, manipulyasiya, ravmatik təcrübə və emosional asılılıq nəticəsində narkotik istifadəsinə cəlb edilirlər”.

Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin üzvü Mehriban Zeynalova deyib. 

Ekspertin sözlərinə görə, qadınların narkotik istifadəsinə cəlb olunma halları bunlardır:

“1. Emosional manipulyasiya və yaxın münasibətdən irəli gələrək, ər və ya sevgili tərəfindən: Qadınlara “birlikdə istifadə edək” deyə təklif olunur, bu, emosional bağ yaratmaq və qadını asılı vəziyyətə salmaq məqsədi daşıyır. Araşdırmalara görə, ilk narkotik istifadəsinin 45-60 faizi intim münasibət içərisində baş verir. 

2. Zorakılıq və travma sonrası coping mexanizmi: Məişət zorakılığı, seksual istismar, uşaqlıqda travma nəticəsində qadınlar psixoloji ağrını “yüngülləşdirmək” üçün narkotiklərə yönəlirlər. Narkotik burada “özünü sakitləşdirmə” vasitəsi kimi çıxış edir. 

3. Seksual istismar və insan alveri çərçivəsində məcburiyyət: Qadınlar seksual istismara və seks işçiliyi üçün narkotikə alışdırılır ki, müqavimət göstərməsinlər. Bu hallarda qurban əvvəlcə psixotrop dərmanlara, sonra heroin, metamfetamin kimi ağır maddələrə cəlb olunur. 

4. Sosial təcrid və yoxsulluq zamanı: Qadınlar işsizlik, yoxsulluq və ailə dağılması şəraitində həm psixoloji, həm də iqtisadi asılılıq içində narkotik istifadəsinə cəlb olunur. Qadın seks işçiləri arasında narkotik istifadə riski 3-5 dəfə çoxdur. 

5. Qadınlararası sosial şəbəkələr: Bəzən qadınlar öz yaxın rəfiqələri, qonşuları və ya “qadın vasitəçilər” tərəfindən narkotiklə tanış edilir. Bu zaman narkotik, “emosional dəstək” və ya “dərd paylaşmaq” adı ilə təqdim olunur. 

Qadınların narkotik istifadəsinə cəlb olunması, birtərəfli seçim yox, soial və şəxsi faktorların zorakı münasibətlərin nəticəsidir. Gender əsaslı zorakılıqla sıx əlaqəlidir; psixoloji travma və cəmiyyətin təcridedici münasibəti ilə daha da güclənir”. 

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
adalet.az

2Mənbələr