AZ

“Azərbaycan bu tədbirə qonaqpərvər ev sahibliyi göstərir”

Bakı, 12 noyabr. TELEQRAF

“CICA Gənclər Şurası gənclərin fikir mübadiləsi aparması və qarşılıqlı anlaşmanı gücləndirməsi baxımından çox səmərəli platformadır. Azərbaycan bu tədbirə qonaqpərvər ev sahibliyi göstərir”.

Teleqraf xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının “Assambleya Jastarı” Respublika İctimai Birliyinin sədri Timur Cumurbaev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Gənclər Şurasının 8-ci iclasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, iclas çərçivəsində gənclərin dayanıqlı inkişaf, könüllülük fəaliyyəti və ictimai diplomatiya sahəsində təcrübə mübadiləsi apardıqlarını vurğulayıb:

“Biz nümayəndələr Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcəyik. Bu da Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanışlıq üçün önəmlidir”.

Seçilən
76
teleqraf.com

1Mənbələr