AZ

Türkiyə Müdafiə Nazirliyi: C130 hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub

Ankara, 12 noyabr, AZƏRTAC

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində iyirmi hərbçi həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 12-də Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik sosial mediada qəza qurbanlarının adlarının siyahısını bu sərlövhə ilə paylaşıb: “Vətən sizə minnətdardır!”.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

“Qəhrəmanlarımız 11 noyabr 2025-ci ildə Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında C130 hərbi- nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olublar. Öz adımdan və Türkiyə Silahlı Qüvvələri adından başsağlığı verirəm və qurbanların ailələrinə, bütün türk xalqına səbir diləyirəm”, - deyə Güler paylaşımda bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl təyyarə qəzası yerində axtarış-xilasetmə əməliyyatlarını müzakirə etmək üçün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.

Bu arada, Türkiyə Müdafiə Nazirliyi hərbi mütəxəssislərin 12 noyabr səhər saat 6:30-da qəza yerində işə başladığını bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
36
3
azertag.az

4Mənbələr