AZ

İslamiada: Azərbaycan idmançıları bu gün 6 növdə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün 6 idman növündə mübarizə aparacaqlar.

İdmançılarımız karate, stolüstü tennis, muaytay, ağırlıqqaldırma, voleybol və üzgüçülükdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır. Azərbaycan hazırda 29 mükafatla (4 qızıl, 9 gümüş, 16 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb. 

İslamiada noyabrın 21-də başa çatacaq. 

Seçilən
25
fanat.az

1Mənbələr