AZ

İslamiada: Azərbaycan təmsilçiləri bu gün altı növdə çıxış edəcəklər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları altı növdə çıxış edəcəklər.

Tribuna-ın məlumatına görə, ölkə təmsilçiləri ağırlıqqaldırma, voleybol, stolüstü tennis, muaytay, karate və üzgüçülükdə mübarizə aparacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 29 mükafatla (4 qızıl, 9 gümüş, 16 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb. Türkiyə 68 medalla (43 qızıl, 24 gümüş, 11 bürünc) birincidir.

Seçilən
10
3
tribunainfo.az

4Mənbələr