Dünən Gəncə Hava Limanından qalxaraq Türkiyəyə uçan C-130 hərbi yük təyyarəsi Gürcüstan - Azərbaycan sərhədində qəzaya uğrayıb.
Hafta.az-ın yazdığına görə, 20 nəfərin həlak olduğu bu qəzadan sonra “Lockheed Martin” tərəfindən istehsal olunan bu təyyarələr haqda söz-söhbətlər yayılmağa başlayıb. Bu səbəbdən də təyyarə ilə bağlı qısa zəruri bilgiləri paylaşmaq istədik.
“Lockheed Martin” tərəfindən istehsal olunan C-130 hərbi yük təyyarələri 1956-cı ilin dekabr ayında ilk dəfə ABŞ Hərbi Hava Qüvvələrinin ixtiyarına verilməyə başlanıb. Günümüzdə dünyanın 70-dən artıq ölkəsində toplam 2500-dən çox C-130 təyyarəsi fəaliyyətdədir.
Təyyarənin tutumuna gəldikdə, 3 ekipaj üzvündən ibarət olub, maksimum 92 sərnişin, eləcə də tam təchiz olunmuş 72 hərbçi və ya 64 paraşütçü daşıya bilir.
Uzunluğu 29 metr, qanad genişliyi 40 metr olan C-130-ların boş çəkisi 34 tondur və maksimal 79 ton ağırlığında uça bilir.
Maksimum uçuş mənzili 4 min kilometr olub bir dəfə götürdüyü yanacaqla havada 10 saat qala bilir.
C-130 hərbi yük təyyarələri digər NATO ölkələri kimi, Türkiyə Hərbi Hava Qüvvələrinin də inventarında var. Hazırda Türkiyədə 19 belə təyyarə var və Kayseridə yerləşən 222-ci eskadrilyanın tərkibində fəaliyyət göstərir.
Təyyarələrin köhnə olması üzündən qəzaya düşməsinə gəldikdə, istehsal tarixi xeyli köhnə olsa da, əslində onlar yeni təmir olunub və 2040-cı ilədək xidmətə yararlıdır.
Ümumiyyətlə, C-130 hərbi yük təyyarələri arasında daha əvvəl də qəzalar baş verib ki, onlardan ikisi məhz qardaş ölkədə olub.
1982-ci il aprelin 13-də Ərzurum – İncirlik (Türkiyə) reysi ilə uçan təyyarə qəzaya uğrayıb və nəticədə 27 nəfər həlak olub.
İkinci qəza 2014-cü ildə Əlcəzairdə yaşanıb və təyyarədəki 70 nəfərdən 78-i həlak olub.
Üçüncü C-130 qəzası 4 iyul 2021-ci ildə Filippində vbaş verib və 53 sərnişin ölüb.
Nəhayət, 20 nəfərin həlak olması ilə nəticələnən dördüncü qəza dünən yenə Türkiyəyə məxsus təyyarədə Gürcüstan səmasında yaşanıb...