AZ

114–137 milyon avro aralığında məbləğ tələb edir - “Mançester Yunayted” ondan əl çəkmir

“Mançester Yunayted” hələ də “Nottingem Forest”in 23 yaşlı yarımmüdafiəçisi Elliot Andersonun transferində maraqlıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “meşəçilər” artıq “qırmızı şeytanlar”ın oyunçuya marağı barədə xəbərdardır.

Ancaq klub hələlik futbolçusunun qiymətini aşağı salmağı düşünmür və Anderson üçün 114–137 milyon avro aralığında məbləğ tələb edir.

Anderson cari Premyer Liqa mövsümündə 11 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Seçilən
33
sportinfo.az

1Mənbələr