AZ

Deşam onları Azərbaycanla oyuna görə komandaya qaytardı

DÇ-2026-nın seçmə mərhələsində son oyunlarını Ukrayna və Azərbaycan millilərinə qarşı keçirəcək Fransa yığmasında bəzi nəzərəçarpan dəyişikliklər diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, yerli mətbuat iki dönüşü xüsusi vurğulayıb.

“Mançester Siti”nin üzvü Rayan Şerki yenidən heyətə cəlb olunub. “Əl-İttihat”da oynayan Nqolo Kante də milliyə qaytarılıb.

Əvəzində Orelyen Çuameni (“Real”), Adrien Rabyo (“Milan”), Usman Dembele və Desire Due (hər ikisi PSJ) yığmadan kənarda qalıblar. Onların hər biri zədədən əziyyət çəkdiyi üçün seçmə mərhələnin son matçlarını buraxmalı olacaq.

Floren Toven (“Lans”) isə məşqçi korpusunun qərarına əsasən çağırılmayıb. Oktyabrdakı oyunlara çağırılmayan Randal Kolo Muani (“Tottenhem”) və Bredli Barkola (PSJ) isə bu dəfə 24 nəfərlik siyahıya salınıblar.

Baş məşqçi Didye Deşam qapı və müdafiə xəttində sürprizə əl atmayıb və ən yaxşıları dəvət edib.

Azərbaycan – Fransa oyunu noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
24
sportinfo.az

1Mənbələr