AZ

Qəzaya uğrayan Türkiyə hərbi yük təyyarəsinin qalıqları tapıldı -FOTO

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcüstanlı həmkarı Gela Geladze ilə müntəzəm əlaqə saxladıqlarını və qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qalıqlarının tapıldığını açıqlayıb.

 

Senzor.az bildirir ki, bununla bağlı Ali Yerlikaya "X" hesabında paylaşım edib.

 

"Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə müntəzəm danışıqları davam etdirirəm. O, "C-130" hərbi yük təyyarəmizin qalıqlarının saat 17 radələrində tapıldığını və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib", - A.Yerlikaya yazıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan sərhədində qəzaya uğradığını və göyərtədə 20 nəfərin olduğunu açıqlamışdı.

Seçilən
20
6
senzor.az

10Mənbələr