AZ

Süni intellektin məntiqi yaddaşdan güclüdür

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir qrup alim süni intellekt sistemlərində yaddaş və məntiq mexanizmlərini bir-birindən ayırmaq qərarına gəlib. Yeni eksperiment nəticəsində “Goodfire.ai” startapının elmi-tədqiqat qrupu sübut edib ki, süni intellekt modellərində yaddaş və məntiq (yaxud mühakimə) prosesləri tamamilə fərqli arxitektura hissələrində yerləşir.Reyting.az xəbər verir ki, alimlər yaddaşa cavabdeh hissələri silməklə modelin öyrəndiyi məlumatları xatırlama qabiliyyətini 97 faiz azaltsalar da, onun məntiqi düşünmə bacarığını qoruyub saxlamağa nail olublar.Maraqlıdır ki, riyazi əməliyyatlar zamanı model yaddaşla bağlı sahələri aktivləşdirib və bu hissələr silindikdə hesablamalarda səhvlərin payı 66 faizə qədər artıb.Elm adamlarının fikrincə, bu nəticə göstərir ki, süni intellekt “2 + 2 = 4” kimi hesablamaları çox vaxt məntiqi əməliyyat deyil, daha çox ifadə və ya əzbərlənmiş fakt kimi qəbul edir.Tədqiqatçılar hesab edirlər ki, bu yeni və maraqlı kəşf gələcəkdə süni intellekt modellərindən müəllif hüquqları ilə qorunan məlumatların və şəxsi informasiyaların təhlükəsiz şəkildə silinməsini təmin etməklə yanaşı, onların məntiqi bacarıqlarını da qorumağa imkan verə bilər.Araşdırma zamanı mütəxəssislər “landşaft itkiləri” (landscape losses) adlanan elmi metoddan və “K-FAC” texnikasından istifadə ediblər. Nəticədə müəyyən olunub ki, yaddaşla bağlı məlumatlar modelin “daxili relyefi”ndə kəskin sıçrayışlar yaradır, məntiq isə daha sabit və hamar şəkildə fəaliyyət göstərir.“Goodfire.ai” startapının tədqiqat qrupu müəyyən edib ki, süni intellektin yaddaş göstəriciləri eksperiment zamanı 100 faizdən 3,4 faizə qədər azalıb, lakin modelin məntiqi bacarıqları demək olar ki, dəyişməz qalıb.Bununla belə, alimlər bildiriblər ki, silinmiş məlumatlar sonrakı öyrənmə proseslərində yenidən bərpa oluna bilir. Bu isə yaddaşın tamamilə itirilmədiyini, sadəcə, müvəqqəti olaraq sıxışdırıldığını göstərir.Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
292
50
reyting.az

10Mənbələr