AZ

Qəzaya düşən hərbi təyyarənin qara qutusu Türkiyədə oxunacaq

BAKI, 12 noyabr. TELEQRAF

Gürcüstanda qəza edən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C‑130 təyyarəsinin qara qutusunun Türkiyədə analiz olunacaq.

Teleqraf xəbər verir ki, bu məlumatı "Haber Global" telekanalındakı çıxışında İstanbul Altınbaş Universitetinin dosenti, ehtiyatda olan polkovnik Eray Güçlüer verib.

Güçlüer bildirib ki, Türkiyə axtarış‑xilasetmə işlərinə dəstək üçün bölgəyə Akıncı tipli zərbə‑PUA göndərib və bunun sayəsində qara qutuların tezliklə tapılma ehtimalı yüksəkdir. O vurğulayıb ki, tapılan qara qutular Amerikaya göndərilməyəcək, Türkiyədə açılıb analiz ediləcək.

Seçilən
56
9
teleqraf.com

10Mənbələr