AZ

Elvin Həsənov darmadağından sonra belə danışdı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2-ci Liqanın 8-ci turunda Saatlıda "Kür-Araz"ın qonağı olan "Şəki Siti" 4:1 hesablı darmadağınla xal hesabını 16-ya çatdırdı. Şəki təmsilçisinin baş məşqçisi Elvin Həsənovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bilirdik ki, rəqib öz meydanında çox komandalara başağrı ola bilib. Ordakı stadionun durumu da məlumdur. Bizi mövcud maliyyə sıxıntısı fonunda ağır oyun gözlədiyinin fərqindəydik. Belə vəziyyətdə komandaya motivasiya vermək, uşaqları oyuna kökləmək asan deyil. Futbolçular sağ olsunlar, birlik nümayiş etdirdilər. Biz məşqçilər korpusu və futbolçu heyəti olaraq, meydanda üzərimizə düşəni edirik. Gerisi sponsorların və rəhbərliyin işidir. Ümidvarıq ki, həmişəki kimi, yenə komandanın yanında olarlar. Yaxşı heyətimiz var. Öz liqamızda çempion ola bilərik. Liderlərlə aramızda müəyyən xal fərqi olsa da, hələ mübarizənin cəmi 8 turu geridə qalıb. Bizdən yuxarıda yer alanların hərəsinə qarşı bir yox, azı iki oyunumyz var. Yeni sistem formalaşdırmışıq. Uğur qazanmaq üçün real şansımız var. Qarşıdakı fasilədə bütün məsələlərə aydınlıq gələcək. Ən yaxşısına ümid edirik".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
fanat.az

2Mənbələr