AZ

Kamavinqa və Kunde Fransa millisinin oyunçuları ilə birlikdə məşq etməyiblər

“Real Madrid”in 23 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqa və “Barselona”nın 26 yaşlı müdafiəçisi Jül Kunde Fransa millisinin qrup məşqində iştirak etməyiblər.

Bu barədə İdman.Biz RMC Sport-a istinadən məlumat verir.

Oyunçular komanda yoldaşları avtoqraf verib azarkeşlərlə selfi çəkdirdikdən sonra məşqi tərk ediblər. Onlar fərdi olaraq fitnes məşqçisi ilə məşq ediblər. Onların 13 noyabr Parisdəki “Park de Prens” stadionunda Ukrayna ilə oyundan əvvəl heyətə qayıtmaları gözlənilir.

Fransa millisi hazırda DÇ-2026 seçmə qrupunda dörd oyundan sonra 10 xalla birinci yerdədir. Eyni qrupda yer alan Azərbaycan millisinin 1 xalı var.

İdman.Biz

Seçilən
9
1
idman.biz

2Mənbələr