AZ

Barselonada 3 azərbaycanlı rəmzi "11-liy"ə düşdü

Barselonada yerləşən "Marcet" akademiyasında ötən həftənin rəmzi "11-liy"i açıqlanıb.

Fanat.Az-a akademiyadan verilən məlumata görə, heyətə 3 azərbaycanlı düşüb.

Bunlar Pünhan Kərimov, Nicat Əhmədzadə və Əli Hacızadədir.

Xatırladaq ki, ASTA-nın maliyyə dəstəyini dayandırması səbəbindən "Marcet"də olan azərbaycanlı futbolçulardan 13-ü AFFA-nın hesabına Azərbaycana qaytarılıb, eyni sayda gənc isə Barselonada qalacaq. Son rəmzi "11-liy"ə düşənlərdən olan Əli də ölkəmizə dönüb. İspaniyada qalan oyunçuların bəzilərini "Marcet" öz hesabına saxlayıbsa, digərlərinin xərclərini ailə və yaxınları qarşılayacaq.

Nihat

Seçilən
41
fanat.az

1Mənbələr