AZ

Çempion “Qarabağ”la oyundan əvvəl baş məşqçisini istefaya göndərəcək?

”Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İtaliyanın “Napoli” klubu baş məşqçi Antonio Konte ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur insayder Matteo Moretto məlumat yayıb.

Onun məlumatına görə, Konte bu gün Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentislə görüşəcək. Tərəflər arasında əsas müzakirə mövzüsü əməkdaşlığın davam etdirilib-etdirilməməsi olacaq.

Son İtaliya çempionunun rəhbərliyi komandanının uğursuz çıxışından narazıdır.

“Napoli” keçirdiyi son 7 oyunda cəmi 2 qələbə qazanıb.

Napoli” ilə “Qarabağ” noyabrın 25-də qarşılaşacaq.

Seçilən
22
sportinfo.az

1Mənbələr