BAKI, 11 noyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevi çay içməyə dəvət edib.
Teleqraf xəbər verir ki, Moskvada səfərdə olan Qazaxıstan Prezidenti Putinin təklifini dəstəkləyib.
"Bizim iki hissəmiz var. İndi qeyri-rəsmi şəraitdə nahar edəcəyik, sonra sizi öz yerimə dəvət etmək istərdim, orada oturub çay və ya qəhvə içəcəyik", - Putin deyib.
Tokayev noyabrın 11-də Moskvaya rəsmi səfər edib. O, noyabrın 12-dək Rusiyada qalacaq.
Səfər zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlığının, siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə müttəfiqlik əlaqələrinin inkişafı ilə bağlımüzakirələr aparılacaq.