AZ

Qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsinin qalıqları tapıldı – RƏSMİ

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcüstanlı həmkarı Gela Geladze ilə müntəzəm əlaqə saxladıqlarını və qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsinin qalıqlarının tapıldığını açıqlayıb.

Editor.az  xəbər verir ki, bununla bağlı Ali Yerlikaya “X” hesabında paylaşım edib.

“Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə müntəzəm danışıqları davam etdirirəm. O, “C-130″ hərbi yük təyyarəmizin qalıqlarının saat 17 radələrində tapıldığını və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib”, – A.Yerlikaya yazıb.

Seçilən
39
4
editor.az

8Mənbələr