AZ

Flora: "Ölümü hiss edirəm" FOTO

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Flora Kərimovanın uzun müddət sonra yeni fotosu yayılıb.

Bakupost.az Milli.Az-a istinadla xəbər verir ki, görüntüləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova paylaşıb. O, F.Kərimovanın evində qonaq olduğunu bildirib:

"Xalq artisti, Şərəf ordenli, əvəzsiz səsin, incəliyin və ruhun təcəssümü olan Flora Kərimovanın qonağı oldum. Amerikaya qəfil dönmək qərarını aldığım üçün düşündüm ki, vaxt itirmədən Flora xanımı da görüm. Çünki belə insanlar hər görüşü ilə yaddaşda bir iz buraxır. Bakı gecəsi saat 12 idi. Biz onun bağ evinə çatdıq. Mənə onu çatdıran, Flora xanımın könülüləri idi. Badamburalı çay içdik, şirin söhbət elədik. Onun zarafatları, dərin, kamil fikirləri o qədər səmimi idi ki, hər kəlməsi həyat dərsi kimi idi.

"Ölümün nəfəsini hiss edirəm" - deyəndə, otaqda bir səssizlik oldu. Həm mənim, həm də onun köməkçilərinin gözləri doldu. Ömrünün 50 ilini Flora xanımla keçirmiş Yaqut xanım, dodaqlarını dişləyərək arxada dayanmışdı. Onu ana qədər sevən, bacı qədər qoruyan Yaqut xanım. Amma yenə də hər zarafatında "Hər şey yaxşı olacaq, siz hələ çox yaşayacaqsınız" deyirdi. Kaş ki, zaman dayanardı. Flora xanımla sərhədsiz danışa, onu dinləyə, onun içindəki dənizdən bir az da pay götürə biləydim. Gedərkən məni qapıya qədər ötürdü. Qapının qarşısındakı aynada çəkdiyimiz kiçik video mənim üçün bir ömürlük xatirəyə çevrildi. O gecə mən bir daha anladım ki, bəzi insanlar səsindən çox ruhu ilə yaşayır. Flora Kərimova o ruhun adıdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
13
www.bakupost.az

10Mənbələr