ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskva Vaşinqtonla Rusiya və ABŞ liderlərinin - Vladimir Putin və Donald Trampın sammitinə hazırlığın bərpasını müzakirə etməyə hazırdır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində bildirib.
"Biz ABŞ-dən olan həmkarlarımızın bizim haradasa gizli şəkildə yerin dərinliklərində qazıntı apardığımız, orada nəsə etdiyimiz barədə yaranmış şübhələrini, həmçinin onların təklif etdiyi Rusiya və ABŞ liderləri sammitinə hazırlıq işlərinin bərpa olunmasını müzakirə etməyə hazırıq", - o bildirib.
Xatırladaq ki, oktyabrın 16-da Donald Tramp Rusiya Prezidenti ilə telefon danışığından sonra tərəflərin tezliklə Macarıstanın paytaxtı Budapeştdə görüşmək barədə razılığa gəldiklərini açıqlamışdı. Sonradan sammit təxirə salınmışdı. Çünki Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə əhəmiyyətli nəticəyə nail olmaq üçün mövqeləri razılaşdırmaq mümkün olmayıb. Moskva və Vaşinqton uyğun şərait yaradıldıqda görüşün baş tutacağını vurğulayıb./Report
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.