Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyətindən danışıb.
Musavat.com xəbər verir ki, o, 44 günlük Vətən müharibəsi sayəsində Qarabağın uzunmüddətli işğaldan azad edildiyini bildirib:
"Qarabağ 30 il ərzində əsarət və zülmün kölgəsində qaldı, Azərbaycan torpaqları onilliklərlə matəmə büründü. Beş il əvvəl baş verən 44 günlük Vətən müharibəsindən sonra ədalət yerini tapdı. Qarabağ gerçək və əbədi sahibi ilə ayrılmamaq üzrə birləşdi. Azərbaycan xalqının 8 Noyabr- Zəfər Gününü və 9 Noyabr - Dövlət Bayrağı Gününü ürəkdən təbrik edirəm. Qarabağın azadlığı üçün qəhramancasına mübarizə apararkən canlarından keçən əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun və sağlam ömür diləyirəm".
Daha ətraflı videoda:
Musavat.com