Azərbaycandan Türkiyəyə yola düşən C130 tipli hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.
Doğru.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatlarına Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb.
Hazırda qəzanın səbəbləri və təyyarədə olan heyət barədə məlumat açıqlanmayıb.
DOĞRU.AZ