Xəbər verdiyimiz kimi, bu gün Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Türkiyə Prezidentinin verdiyi açıqlamaya əsasən şəhidlər var. Qəza ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib.
NOCOMMET.az xatırladır ki, Türkiyə tarixində ən qorxunc təyyarə qəzası 10 noyabr 2012-ci ildə baş verib.
Türkiyə Silahlı Qüvvələrinə məxsus S-70 helikopteri Siirtdə tapşırıq yerinə yetirərkən hava şəraiti səbəbindən qəzaya uğrayıb.
Hadisə zamanı 17 əsgər şəhid olub.
Əntiqə Rəşid