AZ

"Təyyarə Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radardan itib"

Türkiyəyə məxsus "C-130" təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin radarlarından itib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib.

"Administrasiya beynəlxalq protokola tam uyğun olaraq, hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib. Hazırda Gürcüstanın müvafiq qurumları ilə birgə axtarış-xilasetmə işləri aparılır", - məlumatda deyilir.

Seçilən
18
7
xezerxeber.az

2Mənbələr