İstanbul meri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğluya qarşı korrupsiya istintaqı başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, İmamoğluya 142 müxtəlif cinayətə görə həbs cəzası istənilib.
İttihamnamədə 828 ildən 2 352 ilə qədər həbs müddəti göstərilib.
Sənəddə 402 şübhəlidən 99-u təşkilatın üzvü, Əkrəm İmamoğlu isə təşkilatın qurucusu və lideri kimi təsvir edilib.