Xəbər verildiyi kimi Pakistanda məhkəmə yaxınlığında partlayış olub.
Pakistanın paytaxtı İslamabadda məhkəmə binasının qarşısında bir şəxs terror aktı törədib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda ölən və yaralanaların sayı artmaqda davam edir.
Belə ki, terror hücumunda 12 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb.
Hadisədən sonra bina və ətraf ərazilər təxliyə edilib. Polis və təcili yardım xidməti yerində işləyir.
Hücumun məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta