AZ

Bu ölkələrdən 9 ayda Azərbaycana gələn turistlərin sayı açıqlandı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanı Yaxın Şərq ölkələrindən 230 650 turist ziyarət edib.

Publika.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 % azdır.

Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 86 882 nəfər. Bu da 1 il əvvələ nisbətən 11,4 % azdır.

Bundan əlavə, İsraildən - 44 147 (+52,5 %), BƏƏ-dən - 31 785 (-31,9 %), Küveytdən - 22 423 (-28,5 %), Omandan - 14 544 (-39,8 %), İordaniyadan - 8 574 (+19,9 %) Misirdən - 6 187 (-28,5 %), İraqdan - 4 819 (-9,4 %), Bəhreyndən – 4 072 (-31,2 %), Yəməndən - 2 510 (-27,5 %), Qətərdən – 2 152 (-36,1 %), Fələstindən – 1 126 (- 12,7 %) Livandan – 1 076 (-27,4 %), və Suriyadan nəfər 353 (-5 %) turist gəlib.

Seçilən
13
5
publika.az

6Mənbələr