AZ

Laçının Qorçu qəsəbəsində gələn il tikinti işlərinə başlanması nəzərdə tutulub

Laçın rayonunun Qorçu qəsəbəsində ilkin olaraq söküntü işlərinə start verilib...

 

APA-nın yerli bürosu xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov deyib.

O bildirib ki, ümumilikdə 319 yararsız tikilinin söküntüsü həyata keçirilir: “Söküntü işlərinin iki ay ərzində tamamlanması planlaşdırılır. “EL SEYM” şirkəti tərəfindən aparılan söküntünün ərazisi 300 hektardır. Söküntü prosesi başa çatdıqdan sonra 2026-cı ildə Qorçu qəsəbəsində birinci mərhələyə aid tikinti işlərinin başlanması nəzərdə tutulub. Bu mərhələdə 250 fərdi yaşayış evinin inşası üçün layihə-smeta sənədləri artıq hazırlanıb. Bundan əlavə, Qorçu qəsəbəsində 264 yerlik məktəb, 140 yerlik bağça, tibb məntəqəsi, klub-icma mərkəzi, idman-sağlamlıq mərkəzi və inzibati binanın tikinti işləri başlayacaq, yollar salınacaq".

Məlumata görə, “Böyük Qayıdış”a dair II Dövlət Proqramı çərçivəsində Qorçu qəsəbəsinin inşasının növbəti mərhələsi üzrə tikinti işlərinin 2027–2030-cu illərdə həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə isə 250-300 fərdi yaşayış evinin və üç-dörd mərtəbəli çoxmənzilli yaşayış binasının tikintisi planlaşdırılır. Ümumilikdə gələcəkdə Qorçu qəsəbəsində min ailənin daimi məskunlaşdırılması nəzərdə tutulub:

"Məlum olduğu kimi, Qorçu qəsəbəsi istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Bu da gələcəkdə qəsəbədə məskunlaşan əhalinin iş təminatı üçün mühüm rol oynayacaq”.

Poliqon.info

Seçilən
3
40
poliqon.info

10Mənbələr