AZ

“Bonus’”, “lotereya” mesajlarına aldanmayın!

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

DİN xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DİN) son dövrlərdə sosial şəbəkələrdə, messencerlərdə və SMS-lərlə göndərilən saxta mesajlara qarşı vətəndaşları xəbərdar edib. AzPost xəbər verir ki, müraciətdə bu mesajların “bonus”, “lotereya”, “mükafat qazandınız” kimi vədlərlə insanların bank kartı məlumatlarını ələ keçirməyə yönəldiyi bildirilib.

DİN vurğulayır ki, heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə gələn birdəfəlik şifrəni tələb etmir.

Belə məlumatların paylaşılması kart hesabındakı vəsaitlərin oğurlanması ilə nəticələnə bilər. Nazirlik vətəndaşlara şübhəli linklərə daxil olmamağı, sayt ünvanının orijinal olduğuna əmin olmağı və “pul köçürülməsi”, “hesabınız dondurulub” və ya “kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmaymağı tövsiyə edir.

Əgər vətəndaşlar bu cür hallarla qarşılaşsalar, dərhal 102 Zəng Mərkəzinə və aidiyyəti banklara məlumat verməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
ayna.az

10Mənbələr