Qurban Qurbanov “Qarabağ” futbol klubunun uzun illər prezidenti və fəxri prezidenti olmuş Abdolbari Gozalın məzarını ziyarət edib.
Bu haqda “Sportinfo” məlumat paylaşıb.
Qeyd edək ki, A. Gozal 2001-2015-ci illərdə “Qarabağ” klubunun prezidenti, 2015-2025-ci illərdə isə fəxri prezidenti olub.
O, bu ilin yanvar ayında 76 yaşında Dubayda vəfat edib və orada dəfn olunub.