AZ

Millinin növbəti oyununun hakimləri bəlli olub

Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə AFFA-dan məlumat verilib.

Bildirilib ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşü Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edəcək:

13 noyabr

Azərbaycan - İslandiya
8-ci km qəsəbə stadionu. Saat 21:00
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Vladan Todoroviç, Srcan Yovanoviç
Dördüncü hakim: Miloş Boşkoviç (Hamısı Monteneqro)
VAR hakimləri: Momçilo Markoviç, Aleksandar Jivkoviç (hər ikisi Serbiya)

Seçilən
29
11
day.az

10Mənbələr