AZ

Xanəndə Maya Cəbrayılovanın konserti keçirildi - FOTO

Beynəlxalq Muğam Mərkəzində "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai birliyinin təşkilatçılığı ilə muğam ifaçısı, xanəndə Maya Cəbrayılovanın Zəfər bayramına həsr olunmuş konserti keçirildi. Tarix elmləri doktoru Lətifə Məmmədovanın aparıcılığı ilə keçən gecədə ilk olaraq tamaşaçılar zəfəri əks etdirən sərgi ilə tanış olublar. Daha sonra xanəndənin ifasında tamaşaçılara gözəl muğam gecəsi təqdim olundu.

Xeyriyyə konsertində xanəndənin bir- birini tamamlayan gözəl ifası və məlahətli səsi alqışlarla qarşılanırdı.

Konsertin sonunda xanəndəyə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri Diplomu təqdim edildi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
18
milli.az

1Mənbələr