Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək.
Bu barədə XQ-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda festivalın hazırlıq prosesi yekun mərhələsindədir. Yarışlarda iştirak edəcək komandalar final mərhələsinə hazırlıqlarını davam etdirir və layihələrini sınaqdan keçirirlər.
Bu il artıq 5-ci dəfə təşkil olunan STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar baş tutacaq.