AZ

Uorren Baffet 1,3 milyard dolları xeyriyyə fondlarına ianə edəcək

Dünyanın ən zəngin insanlarından sayılan Uorren Baffet ictimai fəaliyyətini dayandırmaq və xeyriyyə fondlarına inanılmaz məbləğdə vəsait - 1,3 milyard dollar ianə etmək niyyətindədir.

FED.az xəbər verir ki, 95 yaşlı milyarder bu barədə holdinqi “Berkshire Hathaway”in səhmdarlarına ünvanladığı məktubda bildirib.

Söhbət Baffetin övladlarına məxsus olan 4 fonddan gedir- “The Susan Thompson Buffett Foundation”, “The Sherwood Foundation”, “The Howard G. Buffett Foundation” və “NoVo Foundation”.

O, həmin fondlara “Berkshire Hathaway”a aid 2,7 milyon səhmi bağışlayacaq. “Bloomberg” agentliyi həmin səhmlərin ümumi dəyərinin 1,3 milyard ABŞ dollarına yaxın olduğunu hesablayıb. (Trend)

Seçilən
9
1
fed.az

2Mənbələr