AZ

“Çelsi”nin ulduzu "Qarabağ"la Bakıdakı matçda zədələndi, 1 ay oynamayacaq

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun "Qarabağ"la oyununda zədələnən Romeo Lavianın durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisinin ayaq əzələsində zədə aşkarlanıb.

Belçikalı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Romeo Lavia bu mövsüm London təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.

"Qarabağ" - "Çelsi" qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.

Seçilən
17
sportinfo.az

1Mənbələr