AZ

Rusiya Ukraynada F-16-ların yerləşdiyi aerodromu vurdu

Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın radioelektron kəşfiyyat mərkəzini və F-16 qırıcılarının yerləşdiyi aerodromu vurub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Məlumata görə, zərbələr Kiyev vilayətinin Brovarı rayonunda yerləşən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əsas radioelektron kəşfiyyat mərkəzinə endirilib.

Bundan əlavə, F-16 qırıcılarının yerləşdiyi Xmelnitski vilayətində yerləşən Starokonstantinov aerodromu da hədəfə alınıb./Axar.az


Telegram kanalımız
Seçilən
22
1
yenisabah.az

2Mənbələr