AZ

Qarabağdakı ermənilərin geri qayıtmama səbəbləri...

Qarabağda yaşayan erməni əhalisinin vəziyyəti və geri qayıtma mövzusu uzun müddət diqqət mərkəzində olub.

Hərbi ekspert Ədalət Verdiyev News365.az-a açıqlamasında, müharibə dövründə və sonrasında bölgədəki erməni əhalisinin davranışlarını və səbəblərini şərh edib.

Onun sözlərinə görə, əksər əhali Azərbaycanın verdiyi zəmanət və imkanlara baxmayaraq, müharibədə iştirak etdikləri üçün geri qayıtmaqdan çəkiniblər.


Ədalət Verdiyev bildirib ki, Azərbaycan tərəfi Qarabağdakı erməni əhalisinə vətənə qayıtmaq üçün şərait yaratmağa hazır idi. Müxtəlif yollarla – havadan vərəqlər, radio və Rus kontingenti vasitəsilə – Azərbaycan mövqeyini çatdırmışdı. Lakin, bölgədəki əhali arasında qorxu mövcud idi, çünki çoxları müharibələrdə və döyüş əməliyyatlarında iştirak etmişdilər və məsuliyyətə cəlb olunacaqlarından ehtiyat edirdilər.

Ekspertin sözlərinə görə, Qarabağda yaşayan əhalinin böyük əksəriyyəti 070 seriyalı Ermənistan pasportuna malik idi. Bu, onların həm Azərbaycanda, həm də Ermənistanda hüquqi vəziyyətinə təsir edirdi. Onlar özlərini Ermənistan vətəndaşı kimi təqdim edib dünyanı dolaşsalar da, geri qayıtmaqdan çəkindilər.

Verdiyev qeyd edib ki, 30 il ərzində Qarabağın yerli əhalisi kifayət qədər azalmışdı. Təxminən 40-50 min nəfərdən 10 minə yaxını müharibədə və ya sonrakı dövrlərdə müxtəlif hərbi fəaliyyətlərdə iştirak etmişdi. Bunların bir hissəsi müharibə dövründə, bəziləri atəşkəs dövründə vətən müharibəsində iştirak etmişdi.

O, həmçinin əlavə edib ki, bəzi əhali üzvləri müharibə zamanı məhv olmuş, bəziləri isə qaçaraq Ermənistan ərazisində yerləşmişdi. Ekspert sual edir: “Əgər Qarabağ sizin üçün bu qədər əziz idisə, niyə orada sona qədər savaşmadınız?”

Bu açıqlamalar bölgədəki erməni əhalisinin davranışlarını və Azərbaycanın təmin etdiyi imkanlara baxmayaraq geri qayıtmamaq səbəblərini aydın şəkildə ortaya qoyur.

Seçilən
56
news365.az

1Mənbələr