AZ

Barselonadakı azərbaycanlı oyunçuların aqibəti necə oldu? SON DURUM

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

ASTA-nın (Azerbaijan Sport Talents Academy) Barselonada yerləşən "Marcet" akademiyasına göndərdiyi azərbaycanlı yeniyetmələrinin taleyinin necə olacağı dəqiqləşmək üzrə olduğunu açıqlamışdıq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sponsorun imtinası səbəbindən futbolun sirlərinə İspaniyada yiyələnən futbolçuların bir neçəsi akademiyada saxlanılıb.

Qalanları isə AFFA-nın hesabına noyabrın 8-də geri qaytarılıblar. Qalanların və qayıdanların adlarını dəqiqləşdirməyə çalışacağıq.

Qeyd edək ki, daha öncə U-17 yığmasına dəvət alan "Marcet"lilər Azərbaycana dönmüşdülər.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
fanat.az

2Mənbələr