AZ

SAF 2025-ə sayılı günlər QALDI – VİDEO

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək.

Bizim.Media xəbər verir ki, hazırda festivalın hazırlıq prosesi yekun mərhələsindədir. Yarışlarda iştirak edəcək komandalar final mərhələsinə hazırlıqlarını davam etdirir və layihələrini sınaqdan keçirirlər.

Bu il artıq 5-ci dəfə təşkil olunan STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar baş tutacaq.

Ümumilikdə SAF 2025-də iştirak üçün 5 000-dən çox namizəd qeydiyyatdan keçmişdi. Final mərhələsinə isə 1415 iştirakçı vəsiqə qazanıb. Onların 212 nəfəri 19 xarici ölkəni təmsil edir. Beləliklə, münsiflər və beynəlxalq iştirakçılar da daxil olmaqla, festivalda Azərbaycanla birgə ümumilikdə 22 ölkə təmsil olunacaq.

Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı gənclərin üzə çıxarılması, eləcə də innovativ layihə və həllərin hazırlanmasının dəstəklənməsidir.

Qeyd edək ki, STEAM – beş əsas sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisini əhatə edən modeldir. Bu yanaşma elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatın (Math) birgə öyrədilməsi ideyası üzərində qurulub.


Bizim.Media

Seçilən
8
17
bizim.media

10Mənbələr