AZ

Almanlar hələ də kredit kartı istifadə etmir Səbəb?

ain.az, Bizim media saytına istinadən bildirir.

Dünyanın ən güclü iqtisadiyyatlarından biri olan Almaniya, avtomobil, mühəndislik və texnologiyada lider olsa da, ödəniş mövzusunda köhnə üsullara sadiqdir.Berlində bir kafeyə girib hesabı ödəmək istədiyinizdə tez-tez belə cavab eşidirsiniz: “Təəssüf, yalnız nağd pul və ya EC-Karte.”Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Almanların kredit kartından uzaq durmasının səbəbi təkcə texnologiya ilə bağlı deyil, mədəniyyətlə bağlıdır.Almanca “borc” mənasını verən Schulden sözü, “günah” mənasını verən Schuld sözü ilə eyni kökdən gəlir. Bu da borc almağı yalnız maliyyə əməliyyatı deyil, eyni zamanda əxlaqi məsuliyyət kimi göstərir. Kredit kartı isə “sahib olmadığın pulu xərcləmək” mənasını verdiyi üçün almanlar üçün borca girməyin simvoludur.

 

Tarixi faktorlar da bu davranışda rol oynayır. 1920-ci illərdəki Weimar Respublikası dövründəki hiperinflasiya zamanı pulun bir gecədə dəyərsizləşməsi, Almanların kollektiv yaddaşında hələ də canlıdır. Onlar üçün dərs aydın oldu: “Yığmaq erdemdir, borca girmək zəiflikdir.”

Nəticədə, texnologiyanın qabaqcıl olduğu Almaniyada belə, nağd pul gündəlik ödənişlərin əsas vasitəsi olaraq qalır.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
bizim.media

3Mənbələr