AZ

Yanvar-oktyabr aylarında 491,8 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Yanvar-oktyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 10 ayında 491,8 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, onlardan 158 min şəxs münasib işlərlə təmin olunub, 16,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Yanvar-oktyabr aylarında 15,5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 302 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Seçilən
8
12
1news.az

10Mənbələr