AZ

Lukaşenkonun mobil telefonu yoxdur –"Telefonsuz da keçinirəm"

Belarus prezidenti Aleksandr Lukaşenko mobil telefondan istifadə etmədiyini açıqlayıb.

AzPost bildirir ki, prezidentlə görüşdən videoçarx onun mətbuat xidmətinə yaxın olan “Pool Pervyi” Telegram kanalında yayımlanıb.

“Mənim mobil telefonum yoxdur, amma onsuz  birtəhər keçinirəm” -deyə Lukaşenko bəyan edib.

Belarus lideri qeyd edib ki, Respublika Şurasının sədri Natalya Koçanova ilə ünsiyyət qurarkən ya şəxsi görüş təşkil edir, ya da təhlükəsiz hökumət telefon xəttindən istifadə edir.

Lukaşenko mobil rabitənin kifayət qədər təhlükəsizliyinin olmadığını əsas gətirərək insanları stasionar telefonlardan imtina etməməyə çağırıb. O, stasionar rabitənin saxlanılmasının vacibliyini vurğulayıb. Lukaşenko təhlükəsizliyi artırmaq üçün əvvəlki kimi bəzi məlumatların kağız şəklində saxlanmasını təklif edib.

AzPost.az

Seçilən
42
1
azpost.info

2Mənbələr