AZ

Tramp Suriya prezidenti ilə Yaxın Şərq sülhünü müzakirə edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampla Suriyanın keçid dövrü prezidentiƏhməd əl-Şara arasında keçirilən görüşdə əsas müzakirə mövzusuYaxın Şərqdə sülhün bərqərar olması olub.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "TruthSocial" sosial şəbəkəsində yazıb.

"Suriyanın yeni prezidenti Əhməd Hüseyn əl-Şara ilə vaxtkeçirmək mənim üçün şərəf olub. Onun əsas tərəfdarı olduğu YaxınŞərqdə sülhün bərqərar olmasının bütün incəliklərini müzakirəetdik", - deyə D.Tramp bildirib.

ABŞ prezidenti suriyalı həmkarı ilə daha bir görüşüsəbirsizliklə gözlədiyini bildirib.

"Hər kəs Yaxın Şərqdə baş verən böyük möcüzədən danışır. Sabitvə uğurlu Suriya regiondakı bütün ölkələr üçün çox vacibdir", -deyə o bildirib.

Qeyd edək ki, ABŞ və Suriya prezidentləri arasında görüş 10noyabr Bazar ertəsi günü Ağ Evdə baş tutub.

Seçilən
73
3
az.trend.az

7Mənbələr