ain.az, Sherg.az portalına istinadən məlumat verir.
Planetin ən varlı insanlarından biri - 95 yaşlı Uorren Baffet "Berkshire Hathaway" səhmdarlarına son məktubunu dərc edib.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, investorun 60 ildən çox holdinqə rəhbərlik etdikdən sonra vida müraciəti olub.
2025-ci ilin sonunda Baffet "Berkshire"in baş direktoru vəzifəsindən getməyi planlaşdırır, bununla belə o, şirkətin direktorlar şurasının sədri vəzifəsində qalacaq.
Qeyd olunur ki, son məktubunda Baffet 1.3 milyard dollardan çox dəyərində olan "Berkshire Hathaway" səhmlərini xeyriyyəyə bağışladığını bildirib.
Baffet illik hesabatlar yazmayacağını və "Berkshire Hathaway"in toplantılarında çıxış etməyəcəyini bəyan edib.
2026-cı ildə şirkətin baş direktoru vəzifəsini Qreq Abel tutacaq, Baffet isə direktorlar şurasının sədri olaraq qalacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.