AZ

“Çelsi”nin Bakıda zədələnən futbolçusunun durumu açıqlandı

“Çelsi”nin yarımmüdafiəçisi Romeo Laviya ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Publika.az xəbər verir ki, futbolçu ötən həftə Çempionlar Liqasının “Qarabağ”la Bakıdakı oyununun 4-cü dəqiqəsində (2:2) bud əzələsindən zədələnib. Bu, onun klubdaxili dünya çempionatında aldığı zədədən sağaldıqdan sonra start heyətindəki dördüncü oyunu idi.

21 yaşlı belçikalı yarımmüdafiəçi 2023-cü ildə “Sauthempton”dan 53 milyon funt sterlinqə “Çelsi”yə transfer olunub. Lakin o vaxtdan bəri davamlı zədələr səbəbindən az oynayıb - iki il yarımda 29 matçda meydana çıxsa da, 88 oyunu buraxıb.

Seçilən
42
publika.az

1Mənbələr