ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 11 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp şatdaunun ləğvi ilə bağlı qanun layihəsi masasına gələcəyi təqdirdə imzalayacağını bildirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Ağ evdə jurnalistlərə açıqlamasında deyib.
“Biz hökuməti açacağıq. Bağlanması çox pisdir”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, qanun layihəsi Nümayəndələr Palatasında səsverməyə çıxdıqdan və təsdiqləndikdən sonra imzalanması üçün Prezidentə göndəriləcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.