AZ

Türkiyədə ağır yol qəzası olub, xəsarət alanlar var

Türkiyənin Mersin şəhərində ağır yol qəzası olub.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, hadisə Tarsus rayonunda qeydə alınıb.

Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində on nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedici və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Seçilən
29
ikisahil.az

1Mənbələr