AZ

Tramp rüsumların qanunsuz sayılmasının mümkün nəticələrindən danışıb

Əgər Ali Məhkəmə ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarını qanunsuz hesab edərsə, ölkə ticarət tərəfdaşlarına 2 trilyon dollardan çox vəsaiti geri qaytarmaq məcburiyyətində qala bilər.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

“Rüsumlardan və investisiyalardan əldə edilən gəlirlərin faktiki həcmi 2 trilyon dolları ötür. Bu isə milli təhlükəsizlik üçün fəlakətə çevrilə bilər. ABŞ Ali Məhkəməsindəki rəqiblərimiz bu məbləği bilərəkdən az göstərirlər ki, məhkəmə bu dəhşətli vəziyyətdən asan çıxış yolu olduğunu düşünsün”, – Tramp qeyd edib.

Seçilən
29
2
apa.az

3Mənbələr