AZ

Tramp Əl Şaraa ilə ikitərəfli münasibətləri müzakirə etdi

BAKI, 11 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa Ağ Evdə keçirilən danışıqlarda iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Suriya liderinin mətbaut xidməti məlumat yayıb.

Açıqlamada bildirilib ki, danışıqlar zamanı əsas diqqət Suriya Ərəb Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin gücləndirilməsi və inkişafına, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq məsələlərin müzakirəsinə yönəlib.

Görüşdə həmçinin Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani və ABŞ dövlət katibi Marko Rubio iştirak ediblər.

Suriyalı KİV-lərin məlumatına görə, bu, Suriyanın dövlət başçısının Ağ Evə ilk rəsmi səfəridir.

Seçilən
36
teleqraf.com

1Mənbələr